Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bilik Fondunun möhtəşəm “Məscid kitabxanası” layihəsi…

Share Button

Layihəsinin növbəti ünvanı Mehdiabad və Fatmayı qəsəbələrindəki məscidlər olub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məscidlərin elmi, bədii, dini, dünyəvi kitablarla təminatı missiyasını uğurla davam etdirir.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, Bilik Fondunun “Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keçirilən missiyaya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi dəstək olur. Kitablar bu qurumların tövsiyəsi ilə seçilir.

Bilik Fondunun İnformasiya təminatı sektorundan verilən məlumata görə, “Məscid kitabxanası” layihəsinin növbəti ünvanı Mehdiabad və Fatmayı qəsəbələrində fəaliyyət göstərən məscidlər olub. Fondun mətbuat katibi Ceyhun Musaoğlunun iştirakı ilə məscid rəhbərliyi və dindarlarla görüşlər keçirilib, onlara layihənin mahiyyəti barədə məlumat verilib.

Dindarlar məscidlərə kitab hədiyyə olunmasını böyük ruh yüksəkliyi ilə qarşılayaraq bildiriblər ki, İslam dini elmə, savada çox böyük önəm verir, bu mənada din əhlinin mütaliə etməsi olduqca vacibdir.

1341791579b3d1db0b05_877

ax-july-29-1469794105

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir