Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bin Laden müsəlmanara müraciət etdi: “Səudiyyə kralı devrilməlidir”

Müsəlman aləmini ABŞ təsirindən azad etməyin yolu?!

Üsamə bin Ladenin oğlu Həmzə müsəlmanlara müraciət edərək Səudiyyə Ərəbistanı hökumətini devirməyə çağırıb.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, bu barədə informasiyanı SİTE informasiya portalı yayıb. Həmzə Ər-Riyad hakimiyyətinin devrilməsi ilə müsəlman aləminin ABŞ təsirindən azad olunacağını bildirib. Keçmiş Əl Qaidə liderinin oğlu həmçinin Səudiyyə gənclərini Yəməndəki Əl Qaidə bazalarına dəvət edib.

Qeyd edək  ki, Üsamə Bin Laden Əl Qaidə terror təşkilatının öldürülmüş lideridir. O, uzun illər ABŞ-ın ən təhlükəli düşməni adını üzərində saxlamağı bacarıb. Məhz Bin Laden 11 Sentyabrdakı teraktların əsas təşkilatçısı olub. O, 2011-ci ildə Pakistanda ABŞ hərbçilərinin keçirdiyi xüsusi əməliyyat nəticəsində qətlə yetirilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...