Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bin Salman 40 gündən sonra media qarşısına çıxıb – O niyə “gizlənirdi”?

Məhəmməd bin Salmanın son bir ay ərzində bilə-bilə gözlərdən itdiyi bildirilib.

Səudiyyə Ərəbistanın vəliəhdi, müdafiə naziri və kralın oğlu Məhəmməd bin Salman ötən gün ər-Riyadda keçirilən rəsmi toplantıya qatılıb.

Din.az xəbər verir ki, Səudiyyə kralı Salman bin Əbdüləziz ötən gün bölgə valiləri və əmirlərini qəbul edib. Bölgə əmirləri ilə keçirilən 25-cı toplantıya Məhəmməd bin Salman da qatılıb.

Qeyd edək ki, ötən ayın 21-də Səudiyyə paytaxtında əl-Xəzzamə adlı kral sarayından atəş səsləri gəlmişdi. Bir çox mənbələr iddia irəli sürmüşdü ki, hazırda ölkəni idarə edən kral oğlu Məhəmməd bin Salman həmin atışmada ölüb və ya yaralanıb.

Səudiyyə Ərəbistanın siyasi dairələrində baş verən hadisələri yaxından izləyən və bu ölkədə pərdəarxası hadisələri araşdıran müxalifyönümlü twitter səhifələrindən biri “mujtahidd” bildirib ki, Məhəmməd bin Salman son bir ay ərzində bilə-bilə gözlərdən itmişdi. O bu müddəti Qırmızı dənizdə üzən yaxtasında keçirib və son dönəmdə ölkədə bəzi fəalların tutulması qərarını da o verib.

“Mujtahidd” iddia edib ki, Bin-Salmanın bu gizlənmədən məqsədi ölkədə ona qarşı baş qaldırmaq istəyən və ya çevriliş etmək istəyən hər hansı bir qüvvəni (xüsusilə də əmisi uşaqları) aşkarlamaq olub. / İslaminSesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...