Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Binəli Yıldırım: Bu terrorçu qruplaşmalar nə İslamı, nə də etnik kürdləri təmsil edirlər

Yıldırım: “İŞİD və PKK bir sıra qüvvələrin “məhsul”udur”.

İŞİD, PKK, PYD və YPG terror təşkilatları bir sıra qüvvələrin “məhsul”u və layihəsidir.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bosniya və Herseqovinaya səfəri ərəfəsində bəyan edib.

Baş nazir qeyd edib ki, guya “ideoloji fikir ayrılığı”na malik bu terror təşkilatlarının zərurət yaranacağı təqdirdə birləşəcəyi, birgə fəaliyyət göstərəcəyi ilə bağlı yüzlərlə sübut var.

B.Yıldırım əlavə edib ki, bu terrorçu qruplaşmalar nə İslamı, nə də etnik kürdləri təmsil edirlər:

“Türkiyə əvvəlki kimi bu terror təşkilatları ilə fəal mübarizə aparacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...