Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Bir insanı Allah yoluna çəkmək üçün…” – Siyavuş Novruzov

Siyavuş Novruzov: “Pulu Azərbaycanın maraqlarına xərcləmişik”.

“Mən Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədriyəm. Buna görə də deyə bilərəm ki, İslamda belə bir qayda var ki, bir insanı Allah yoluna çəkmək üçün öz imkanlarından varını xərcləyə bilərsən. Biz də bunu əsirgəməmişik və pulu Azərbaycanın maraqlarına xərcləmişik”.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, lobbiçilik dünyada qanunla tənzimlənir: “Hansısa lobbiçilik işinin görülməsində qəbahət yoxdur. Məsələn, Amerikada lobbiçilik fəaliyyəti ilə bağlı xüsusi qanun var. İstənilən şəxs öz pulunu verərək lobbiçilik fəaliyyətini apara bilər. O baxımdan burada qanunsuzluq yoxdur. Biz də buna uyğun olaraq fəaliyyət göstərmişik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...