Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bir milyon fələstinliyə İordaniya vətəndaşlığı verilir – “Əsrin sövdələşməsi”

İordaniya monarxiyası daxilində konfederasiya yaradılacaq.

Ərəb mətbuatı Livanın “Əl-Əxbar” qəzeti ABŞ Prezidenti Donald Trampın “Əsrin sövdələşməsi”ni qızğın müzakirə edir.

Din.az xəbər verir ki, bundan öncə “Al-Khaleej” qəzeti D.Trampın İsrail-Fələstin münaqişəsinin həllini nəzərdə tutan sövdələşməsinin şərtlərinin 15 may 2019-cu ildə rəsmən açıqlanacağını yazıb.

“Əl-Əxbar”ın yazdığına görə, sövdələşmənin mərkəzində Fələstin qaçqınları probleminin əsas ağırlığının düşdüyü İordaniya Haşimilər Krallığı dayanır. Krallıq bu çərçivədə 1 milyon fələstinli qaçqına vətəndaşlıq verəcək.

Bundan əlavə, plan ən inanılmaz addımlar atılmasını nəzərdə tutur. İordaniya monarxiyası daxilində konfederasiya yaradılacaq.

Bunun əvəzində iordaniyalılar və misirlilərə ümumi məbləği 110 milyon dollar olan böyük iqtisadi yardım vəd edilir. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...