Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bir qrup müsəlman qadın Parisdə “hovuz” aksiyası keçirib

“Rasistlər qoymasa da, biz çiməcəyik!”

Fransanın paytaxtı Paris şəhərində bir qrup müsəlman qadın hovuzda aksiya keçirib.

Din.az xəbər verir ki, buna səbəb müsəlman qadınların ölkə ərazisində hovuz və çimərliklərdə burkinidə çimməsinə qadağa qoyulmasıdır.

Aksiya iştirakçıları əllərində “Hovuz hamı üçündür!”, “İslamofomiyaya son!” şüarları yazılmış plakatlar tutub, “Rasistlər qoymasa da, biz çiməcəyik!” deyərək oxuyublar.

Onlar yaydıqları bəyanatda Fransadakı hovuzları və çimərlikləri daxili nizamnamələrini dəyişməyə çağırıb, İslamofobiya hallarını pisləyiblər.

Aksiyaya polis müdaxilə edib, iştirakçıları zorla hovuzdan çıxarıblar. Hadisədən sonra hovuz bir neçə saat bağlı qalıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...