Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BİR SIRA DİNİ İCMALARIN LAYİHƏLƏRİ MALİYYƏLƏŞDİRİLİB – FOTO

Dini icma sədrlərinin iştirakı ilə DQİDK-da tədbir keçirilib.

Din.az bildirir ki, bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

Bildirilir ki, bu gün layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə DQİDK-da tədbir keçirilib.

Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dövlətin dinə göstərdiyi diqqət və qayğının təməlinin Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların nəzərinə çatdırıb. S.Salahlı mütəmadi olaraq, bu cür layihələrə dövlətin birbaşa dəstəyinin din sahəsinə olan diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. O, eyni zamanda həyata keçiriləcək layihələrin məqsədindən də bəhs edib.

Layihələr çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların fəsadları barədə məlumatların verilməsi məqsədilə respublikanın regionlarında müxtəlif tədbirlərin həyata keçirilməsinin, maarifləndirici ədəbiyyatların çap edilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Layihələri maliyyələşdirilən Quba rayonu Ağbil kənd məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə”, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Göygöl şəhəri “Heydər” məscidi dini icması “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır”, Ağstafa rayonu Dağ Kəsəmən kəndi “Eyyub ağa” məscidi dini icması “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır”, Qazax şəhəri “Cümə” məscidi dini icması dini “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir”, Salyan rayonu Şorsulu kənd məscidi dini icması “İslamda həmrəyliyin əhəmiyyəti”, Lənkəran rayonu Ləj kənd məscidi dini icması “İslam humanizm və həmrəylik dinidir”, Beyləqan rayonu Qarallar kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Salyan rayonu Kürsəngi kənd “Hacı Səftər” məscidi dini icması “İslam həmrəyliyi – sülhə aparan yol”, Masallı rayonu Miyankü kənd məscidi dini icması “İslam dini: sülh və vəhdətə çağırış” mövzularında maarifləndirmə tədbirləri həyata keçirəcəklər.

Dini icma sədrləri çıxış edərək dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...