Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə şəriətin əsaslarını tədris edən onlayn kurslar yaradılıb

İslam şəriətinin və müsəlmanların hüquq normalarını ödənişsiz öyrənmək mümkün olacaq.

Dubayda yerləşən “Dar Əl Ber” xeyriyyə fondu İslam şəriətinin və müsəlmanların hüquq normalarını ödənişsiz öyrənmək istəyənlər üçün “Əl Ber” onlayn platformasını istifadəyə verib.

Din.az bildirir ki, bu proqram İslamın əsas dəyərlərinin dünyada təşviqinə yönəlib. “Əl Ber” elektron təhsil platforması bütün dünyadan şəriət və müsəlman hüququ ilə maraqlanan insanlar üçün intensiv və orijinal kurslar təklif edir. Dərslər ərəb və ingilis dillərində təqdim olunur, tədris proqramı isə müqəddəs Qurani-Kərim əsasında hazırlanıb.

“Dar Əl Ber” cəmiyyətinin baş direktoru Abdulla Əli bin Zayed bildirib ki, intellektual onlayn platformasının yaradılmasına yüksəksəlahiyyətli islamşünas alimlər cəlb olunub. Alimlər bilik və təcrübələrini həm Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, həm də dünyanın hər yerindən olan xaricilərlə bölüşəcəklər. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...