Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Bizdə kitablar həddən artıq bahadır”

Fazil Mustafa: “Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV aradan qaldırıldı”.

Deputat Fazil Mustafa Azərbaycanda kitabların Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi məsələsini parlamentin bu gün keçirilən plenar iclasında qaldırıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, qeyd edib ki, bu günlərdə Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV aradan qaldırıldı:

“Bununla da orada oxuyan cəmiyyət ənənəsinə start verildi. Bu ənənənin Azərbaycanda da davam etdirilməsi lazımdır. Gürcüstanda da ƏDV kitablar üzərindən götürülüb. Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu, 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddən artıq bahadır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa savadsızlıq baş alıb gedəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...