Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Bizi ən çox dəstəkləyən müsəlman ölkələridir”

Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

FINAL_23“Beynəlxalq arenada – BMT-də bizi ən çox dəstəkləyən məhz müsəlman ölkələridir, biz də onları dəstəkləyirik”.

“Din.az” “report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

O bildirib ki, “bizim müsəlman ölkələri ilə əməkdaşlığımız həmişə ən yüksək səviyyədə olub və biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq”.

“Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilmiş qətnamə Azərbaycanı birmənalı şəkildə dəstəklədi, Ermənistanın təcavüzünü, aprel təxribatını qətiyyətlə pislədi və bununla bərabər, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunu da yaradıb. Bu əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq tarixə, mədəniyyətə, dinə, ortaq maraqlara əsaslanır və daim diqqət mərkəzində olmalıdır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...