Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Bizim gözümüzdə Mursi şəhiddir” – Ərdoğan

“Mursi məhkəmə salonunda şəhid olub. Misirli qardaşımıza, şəhidimizə Allahdan rəhmət diləyirəm.”

“Məhəmməd Mursinin ölüm xəbərini avtomobildən enərkən eşitdim. Mursi məhkəmə salonunda şəhid olub. Misirli qardaşımıza, şəhidimizə Allahdan rəhmət diləyirəm. Onunla eyni yolla irəliləyən qardaşlarımızın, Misir xalqının başı sağ olsun”.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan Misirin sabiq prezidenti, həbsdə olan Məhəmməd Mursinin ölümü haqqında danışarkən deyib.

Məhəmməd Mursinin Misirin seçilmiş ilk prezidenti olduğunu bildirən Türkiyə lideri xatırladıb ki, o, Müsəlman Qardaşları Hərəkatı daxilində apardığı demokratik mübarizə nəticəsində önə çıxmışdı: “Onunla həm prezident seçilməzdən əvvəl, həm də seçildikdən sonra dostluğumuz oldu. Çevrilişdən sonra edam cəzasına məhkum olunan Mursinin məhkəmə salonunda son nəfəsini verməsi özünə və xalqına illərdir edilən zülmün simvoludur”.

Ərdoğan əlavə edib ki, Mursi yüzlərlə insanla birlikdə Misir həbsxanalarında mübarizə aparıb: “Bizim gözümüzdə Mursi inandığı məslək uğrunda həyatını itirən bir şəhiddir”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...