Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bizim orucumuzla əvvəlki ümmətlərin orucu arasında fərq var?

“Ey möminlər! O oruc sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu. Bəlkə özünüzü qoruyasınız”.

SUAL:

Bizim orucumuzla əvvəlki ümmətlərin orucu arasında fərq var?

CAVAB:

Yeyib-içmək və cinsi münasibət məhdudiyyəti qoyulan orucun “Bəqərə” surəsinin 183-cü ayəsilə fərz buyurulduğu, sonra isə bunun, həmin surənin 187-ci ayəsilə aradan qaldırıldığını deyənlər vardır. 183-cü ayənin mənası belədir:

“Ey möminlər! O oruc sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu. Bəlkə özünüzü qoruyasınız”.

İbn Abbasdan edilən rəvayətə əsasən, oruc əvvəl “Bəqərə” surəsinin 183-cü ayəsilə əvvəlki dində olduğu kimi, yəni gecələr yeyib-içmə və cinsi münasibət qadağası şəklində fərz buyurulub, sonra isə 187-ci ayə ilə oruc gecələrindəki bu məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, aralarında Ömər b. əl-Xəttabın da olduğu bəzi səhabələrin oruc gecələrindəki bu məhdudiyyəti pozmaları ilə bağlı gələn rəvayətlər də bunu isbat edir.

Həqiqətən “Bəqərə” surəsinin 187-ci ayəsinin nəsx amilinə malik olduğu qeyd edilir, bu mövzuda bəzi rəvayətlərdən bəhs olunur. Qısaca, əvvəllər oruc gecələrində yeyib-içmə və cinsi münasibət mövzularında bəzi məhdudiyyətlər olub. İftar edən şəxsə yeyib-içmə və cinsi münasibət yatsı namazına və ya yatana qədər mübah olub. Bu qaydaya 187-ci ayə nazil olana qədər əməl edilib. Həmin qadağanı çox pozanlar olduğuna görə bu ayə ilə əvvəlki şəriətin hökmü aradan qaldırılıb, oruc gecələrində cinsi münasibət sərbəst olub. 183 və 184-cü ayələrin orucun vaxtı və mükəlləfiyyət şərtlərilə bağlı aradan qaldırıldığı, əvvəllər hər ay üç gün tutulan və gücü çatanların istədikləri təqdirdə tutmayıb əvəzinə fidyə verdikləri orucun sonradan 185-ci ayə ilə Ramazan ayını oruclu keçirmək şəklində aradan qaldırıldığını deyənlər də vardır. 183-cü ayənin aradan qaldırıldığını deyənlərin olması diqqəti cəlb edir.

Ayəyə diqqətlə baxdıqda, gün ərzində orucun tutulma müddəti və cinsi münasibətin hökmünün aradan qaldırıldığı nəticəsi ortaya çıxır. Ayədə qeyd edilən “Uhillə ləkum” = sizə halal edildi” ifadəsi sanki əvvəlkilərin hökmündən fərqli hökmün olduğunu göstərir. Belə ki, 183-cü ayədə əvvəlkilərdə olduğu kimi fərz olan orucun hökm və vəsf basımından bənzər olduğunu, bu orucun vəsf cəhətdən aradan qaldırılmasının “Uhillə ləkum” deyilərək 187-ci ayə ilə həyata keçirildiyini deyənlər vardır.

Nəticədə, bütün bunlar 187-ci ayənin mətniylə də üst-üstə düşür. Ayətə qeyd edilən “sizə halal edildi” (Uhillə ləkum) ifadəsi, yeni hökmün əvvəlki şəriətdən fərqli olduğunu göstərir. Həmçinin ayədə qeyd olunan “Allah özünüzə olan inamınızı sarsıdıcı işlər gördüyünüzü bildi, tövbələrinizi qəbul edib sizi bağışladı” sözləri bəzilərinin bu həddi aşdığını, lakin Allahın bunları bağışladığını göstərir. Eynilə ayədə qeyd edilən Bu vaxtda onlarla birləşin və Allahın sizin üçün yazdığını axtarın” sözlərindən də yeni hökmün gəldiyi aydın olur.

Rəsulullah və ona tabe olanlar əvvəlki şəriətə görə oruc tutmalıydılar. Belə ki, bununla bağlı rəvayətlər hamıya bəllidir. Bu, Mədinədə “Bəqərə” surəsinin 183-cü ayəsilə, Quran vəhyilə təsdiq olunurdu. 184-cü ayənin əvvəlindəki bilinən günlərdə” ifadəsi, əvvəl tutulan və Quranla da təsdiq edilən orucun vaxtının bilindiyini göstərir. 187-ci ayə ilə oruc gecələrindəki yeyib-içmə və cinsi münasibətlə bağlı məhdudiyyətlərdə bəzi sərbəstliklər verildi. Çünki bunu pozanlar çox olurdu.

Mənbə: Fatih Orum, Tasdik Tebyin ve Nesih, Süleymaniye Vakfı Yayınları, İstanbul, 2016, s. 32-35.

Şəriətlərdə bütüvlük və daimilik prisipi ilə bağlı aşağıdakı linkdə olan sual-cavabı da nəzərdən keçirməyi tövsiyə edirik:

www.fetva.net/yazili-fetvalar/peygamberler-hep-ayni-seyleri-mi-teblig-etmislerdir.html

Din.az Türkiyənin “fetva.net” saytına istinadən

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...