Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Bizsiz rejiminiz iki həftəyə çökər” – Trampdan müsəlman ölkəsinə sərt xəbərdarlıq

Tramp: “Biz Səudiyyə Ərəbistanını qoruyuruq”.

ABŞ prezidenti təkidlə bu ölkələrin təhlükəsizliyinin qarşılığında neft qiymətlərini aşağı salmağı istəyib.

“Əgər on illərdi davam edəm hərbi dəstəyimiz olmasa, Səudiyyə Ərəbistanı monarxiyası iki həftə ərzində çökər”.

Din.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Missisipi ştatında çıxışı zamanı bildirib.

“Biz Səudiyyə Ərəbistanını qoruyuruq. Mən kralı, kral Salmanı sevirəm. Amma mən krala dedim. Biz sizi qoruyuruq, biz olmadan siz orada iki həftə belə ola bilməzsiniz. Siz bu qorumaya görə ödəniş etməlisiz”, — deyə Tramp vurğulayıb.

ABŞ prezidenti kral Salmanla danışığının nə vaxt baş tutduğunu deməsə də, hər iki lider ötən şənbə telefon danışığı zamanı qlobal neft tədarükü məsələsini müzakirə edib.

Tramp çıxışı zamanı dəfələrlə ABŞ hərbçiləri və ölkəsinin “qoruyucu” rolunu vurğulayıb. O, həmçinin NATO-ya üzv ölkələrin alyansa öz töhfələrini verməli olduğunu qeyd edib.

Xatırladaq ki, Tramp, hələlik neftlə zəngin regionda ABŞ hərbçilərinin saxlanılmasına görə pul tələb etməyib, lakin ABŞ prezidenti təkidlə bu ölkələrin təhlükəsizliyinin qarşılığında neft qiymətlərini aşağı salmağı istəyib.

“Biz bu xalqların böyük əksəriyyətini pulsuz qoruyuruq, lakin onlar bizə baha neft qiymətlər təklif etməklə üstünlük əldə edirlər. Bu yaxşı deyil. Biz onlardan neftin qiymətini qaldırmağı dayandırmalarını istəyirik. Biz onlardan qiymətləri aşağı salmağa başlamalarını istəyirik”. / Sputnik .az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...