Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Black friday” – NƏ ÜÇÜN MƏHZ “QARA CÜMƏ?”

“Qərb heyranlığı, kafirlərə belə meyl etməyin mənası nədir?”

“Black friday”, yəni “QARA CÜMƏ” Avropada yeni il bayramından əvvəlki sonuncu cümə gününə verilən addır. Bu, ilk dəfə ABŞ-da həyata keçirilən alış-veriş çılğınlığıdır.

Bəs bundan bizə nə?

Şəxsən illərdən bəri eşitdiyim halda, qətiyyən əhəmiyyət vermədiyim axındır.

Lakin xüsusən bu il Türkiyədə də eyni adla bu axının yayılmağa başladığını gördüm.

Bu kafirlər o gün çox izdiham olduğuna görə, yoxsa İslam düşmənçiliklərinə görə olduğunu tam şəkildə bilməsəm də, müəyyən səbəbdən yeni ildən əvvəlki sonuncu cümə gününə qara deyiblər.

Kafirlər üçün İslam bir bəladır, müsəlmanlar onlar üçün düşməndir. İslamın əleyhinə nə etsələr, təəccüblənməmək lazımdır.

Yaxşı, bəs bizdəki ticarət adamlarına nə olub ki, “Qara cümə” adlı endirimləri olan alış-veriş günləri təşkil edirlər?

Əksəriyyət kompleksli düşüncədən heç cür xilas ola bilmir. İslamın mayası ilə yoğrulan bu torpaqlarda heyrətləndirən qərb heyranlığı, kafirlərə belə meyl etməyin mənası nədir?

Ağlıma Rəsulullahın (s) “kərtənkələ dəliyi” hədisi gəldi: “Siz qarış-qarış, arşın-arşın özünüzdən əvvəlkilərin yolu ilə gedəcəksiniz. Onlar kərtənkələ dəliyinə girsələr, siz də onların ardınca gedəcəksiniz”.

Çox təəssüf ki, həmin günlərin hamısını yaşadıq. Qardaşlarım, Allahın yaratdığı günlərin qarası, bəlalısı, uğursuzu olmur. Xüsusən cümə günü bizim üçün bayramdır, aydın gündür.

İslama aid olan hər şeydən utanan, bunun qarşılığında kafirin etdiyi hər adəti mənimsəməyə çalışan axmaqların işlərinə dəstək verməyin. Etiraz olaraq isə həmin günlərdə onlardan alış-veriş etməyin. Unutmayın!

“Kim bir qövmə (zümrəyə) bənzəməyə çalışırsa o, onlardandır”. (Əbu Davud, libas 4)   // Din.az Türkiyə mətbuatına istina edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...