Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT arakanlı müsəlmanların müdafiəsinə qalxdı – FOTO

BMT: Arakanlı müsəlmanlara edilənlər insanlığa günahdır

Birləşmiş Millətlər Təşkilatının (BMT), Myanmarın qərbindəki Arakan əyalətində yaşayan Rohingya müsəlmanlarının məruz qaldığı “sistematik ayrı-seçkilik” və insan hüquqlarının pozulması insanlığa qarşı cinayət sayıla biləcəyini bildirib.

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı, Arakanda yaşayan Rohingya müsəlmanlarına və digər azlıqlara qarşı yönələn insan haqqlarının pozulduqlarını ortaya qoyan hesabatını açıqlayıb.

“Din.az” xəbər verir ki, ölkədə varlığı rədd edilən və vətəndaşlıq haqları verilməyən Rohingyaların siyasi haqlarından, sağlamlıq və təhsildən məhrum olduğu, məcburi işlədildiyi, cinsi istismara məruz qaldığı bildirilən hesabatda “Rohingya müsəlmanlarının məruz qaldığı sistematik ayrı-seçkilik və insan hüquqlarının pozulması insanlığa qarşı cinayət sayıla bilər” ifadəsinə yer verilib.

30 min Rohingyalı müsəlman uşaq mətkəbə gedə bilmir…

Hesabatda, 120 min Rohingya ə Kaman müsəlmanlarının hələ də düşərgələrdə yaşadığına və 30 min uşağın məktəbə gedə bilmədiyinə diqqət çəkilərək, Rohingya müsəlmanlarına qarşı həddindən artıq millətpərəst Buddistlər tərəfindən sərgilənən və gedərək artan nifrət və dini tolerantsızlığın narahatverici olduğu ifadə edilib.

BMT İnsan Haqlarının Ali Komissarı Zeyd Raad əl-Hüseyn isə Rohingya müsəlmanları və digər azlıqların məruz qaldığı ayrı-seçkiliyə və insan hüquqlarının pozulmasına son verilməsi üçün Myanma hökumətinə konkret addımlar atılması çağırışını edib.

resized_a6c6b-1102_tur_picture_20150721_5896763_5896769

kamp

ihh-ekipleri-burma-myanmar-arakanli-muslumanlar04

birlesmis-milletler-arakan-da-muslumanlara-8545130_x_7863_o

arakan12

arakan10

arakan6

1378-7-arakanli-multeciler-icin-acil-ihtiyac-listesi-ihh-fotogaleri[800x532]

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...