Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT Baş Assambleyası Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib

İsrailin Fələstin ərazilərində məskənsalma fəaliyyəti qadağan edilir.

BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib.

Din.az xəbər verir ki, illik əsasda təsdiq olunan sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq nizamlanmasına kömək etməyi nəzərdə tutur.

Bütün qətnamələr səs çoxluğu ilə qəbul olunub. Hər bir sənədin qəbluna qarşı çıxan ölkələrin sayı 14-ü keçməyib. Onların əleyhinə səs verən ölkələr arasında ABŞ, İsrail, Kanada və Avstraliyanın adı var.

Baş Assambleya, xüsusilə, “Fələstin probleminin sülh yolu ilə həll olunması” sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçinin Fələstin-İsrail münaqişəsinin ədalətli, davamlı və hərtərəfli şəkildə sülh yolu ilə həllinə nail olmaq və prosesi sürətləndirmək məqsədi ilə Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir.

Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki bütün məskənsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...