Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BMT Baş katibi Çinin dövlət başçısı ilə müsəlman uyğur türklərinin pozulan hüquqlarını müzakirə edib

Çində müsəlman uyğur türklərinə qarşı assimilyasiya siyasəti yürüdülür.

BMT Baş katibi Antonio Qutyerreş Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə ölkədəki insan hüquqlarının vəziyyətini, eləcə də uyğur türklərinin haqlarının pozulmasını müzakirə edib.

Din.az xəbər verir ki, bunu BTM Baş katibinin sözçüsü Stepan Dujarrik bildirib.

Onun sözlərinə görə, Antonio Qutyerre “Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumuna qatılmaq üçün Pekində səfərdə olub.

O, Si Cinpinlə görüşdə Çinin Sincan Uyğur Muxtar Rayonunda “təhsil düşərgəsi” adı verilən mərkəzlərdəki uyğur türklərinin məsələsini gündəliyə çıxarıb.

Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya “siyasi yenidən tərbiyələndirmə düşərgələri” barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.

Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino uyğurların sıxışdırılmasına görə Çinə qarşı yeni sanksiyaların tətbiq edəcəklərini istisna etmədiyini vurğulayıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...