Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT bu müsəlman ölkəsinə 15 milyon dollarlıq yardım göndərir

Avropa zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasına diqqət ayırır.

BMT İndoneziyada zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasına 15 milyon dollar ayırıb.

Din.az xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə Ali Komissarlığı məlumat yayıb. İndoneziya dövlət başçısı ilə danışan ABŞ prezidenti Donald Tramp da yardım təklifi irəli sürüb.

Qeyd edək ki, artıq Cənubi Koreya 1 milyon dollar həcmində humanitar yardım göndərəcəyinə söz verib. Avropa Komissarlığı da Avropa İttifaqı adından 1,5 milyon avro təcili humanitar yardım yollayıb.

Xatırladaq ki, sentyabrın 28-də Sulavesi adasında baş verən 6,1 və 7,5 ballıq zəlzələlərdə ölənlərin sayı 1300-ü keçib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...