Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BMT-dən Çinə tələb: Müsəlman türkləri təqib etməyə son qoyun!

Uyğur türkləri öz dini etiqadlarından imtina etməyə məcbur edilirlər.

Bu haqda BMT-in İrqi Diskriminasiyanın Ləğv edilməsi üzrə Komitəsi bəyan edib.

Din.az-ın verdiyi xəbərə əsasən, Çin “yenidən tərbiyələndirmə düşərglərini” dərhal bağlamalıdır. Sözügedən düşərgələrə isə uyğur türkləri göndərilir.

Bu haqda BMT-in İrqi Diskriminasiyanın Ləğv edilməsi üzrə Komitəsi bəyan edib.

Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, hal-hazırda bu düşərgədə “10000-1000000 aralığında uyğur” saxlanılır.

Qeyd edilir ki, bu düşərgələrdə uyğur türkləri öz dini etiqadlarından imtina etməyə və hakim kommunist partiyasını “tam sevməyə” məcbur edilirlər.

Çinin XİN isə BMT-in bütün ittihamlarını təkzib edərək bildirib ki, ölkədə “yenidən tərbiyələndirmə düşərgələri” deyilən bir şey yoxdur. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...