Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BMT-dən İsrailə qarşı SANKSİYA

240 maddəlik hesabatda şəhərsalma işlərinin dayandırılmasına göstəriş verilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) işğal altında saxladığı Fələstin torpaqlarında yəhudiləri yerləşdirmək üçün şəhər tikməyə davam edən İsrailə sanksiya tətbiq edib.

Din.az xəbər verir ki, İsrail hökumətinin qanunsuz əməlləri barədə hazırlanan 240 maddəlik hesabatda şəhərsalma işlərinin dayandırılmasına göstəriş verilib.

Buna cavab olaraq işğalçı rejimdən bildirilib ki, qərarın dəyərləndirilməsi üçün zamana ehtiyac var. Həmçinin, Fələstinin ölkə ola bilmək üçün lazımi şərtləri qarşılamadığı iddia edilərək qanunsuz əməl haqq qazandırmağa cəhd edilib.

Məsələ ilə bağlı İngiltərə də münasibətini ortaya qoyaraq tikintilərin dayandırılmasını tələb edib.

Almaniya isə fələstinlilərin Qüdsə sərbəst giriş-çıxışına icazə verilməsinə və İsraili fələstinliləri cəzalandırma siyasətindən əl çəkməyə çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...