Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

BMT-dən Qaşıqçı hesabatı: Vəliəhd Şahzadə qətldə ittiham edilir

BMT: “Səudiyyə Ərəbistanı rəhbərliyi məsuliyyət daşımalı, hökumət ittihamları qəbul etməlidir”.

BMT Türkiyənin İstanbul şəhərində qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı hesabat yayımlayıb.

Din.az xəbər verir ki, təşkilat həmin sənəddə jurnalistin qətlinə görə Səudiyyə Ərəbistanı rəhbərliyinin məsuliyyət daşıdığı və hökumətin ittihamları qəbul etməli olduğu vurğulanıb. Ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın adı cinayətin istintaq prosesinə daxil edilə bilər.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyənin İstanbulda yerləşən konsulluğuna daxil olub və oradan çıxmayıb. Daha sonra jurnalistin Səudiyyə Ərəbistanının bəzi vəzifəli şəxslərinin iştirakı ilə qətlə yetirildiyi müəyyənləşib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...