Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BMT-dən Səudiyyə vəliəhdi ilə bağlı gözlənilməz hesabat

İddia: “Vəliəhd terrorla mübarizə adı altında ölkədə müxalifətə təzyiqlər göstərir”.

BMT-nin terrorla mübarizə üzrə xüsusi məruzəçisi Ben Emmerson Səudiyyə Ərəbistanı ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Din.az xəbər verir ki, Emmerson Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın ölkədə idarəetməni tamamilə öz əlində cəmləşdirdiyini və rəsmi Riyadın həqiqətdə göründüyü kimi liberallaşmadığını bildirib.

O, vəliəhdin terrorla mübarizə adı altında ölkədə müxalifətə təzyiqlər göstərdiyini, insan haqlarını müdafiə edən hüquqşünasları həbs etdirdiyini söyləyib.

BMT rəsmisi Səudiyyədə məhkəmələrin verdikləri səhv qərarlara görə, insanların asanlıqla edam cəzasına məhkum olunduqlarını vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...