Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

BMT dünyanı ağır vəziyyətdə olan Yəmənə kömək etməyə çağırır

Yəməndə milyonlarla insan aclıqdan ölüm təhlükəsi ilə üz-üzədir.

BMT-nin Yəmən böhranına dair konfransı 4 ilə yaxındır davam edən müharibədən əzəb çəkən 19 milyon insana yardım çağırışlarına həsr edilib. BMT dekabr ayınadək o ölkə üçün 4.2 milyard dollar toplamağa ümid bəsləyir.

Din.az-ın məlumatına əsasən, Qurumun hesabatında bildirilir ki, 24 milyonluq əhalisi olan Yəməndə insanların humanitar yardımlara və müdəfiəyə ciddi ehtiyacı var. Deyilir ki, 10 milyon insan aclıq çəkir, milyonlarla adam nə özünü, nə də ailəsini dolandıra bilir.

BMT-nin baş katibi Antonio Quterres beynəlxalq donorlara müraciət edərək, “böyük böhrana” cavab verməyə çağırıb. O, 2015-ci ilin mart ayından bəri on minlərlə insanın öldürüldüyünü və yaralandığını bildirib. Quterres ən çox müharibəni başlatmayan uşaqların iztirab çəkdiyini vurğulayıb.

“360 000 uşaq normal qidalanmır və hər gün həyat mücadiləsi yaşayır. Aclıqdan ölən 5 yaşından ağaşı uşaqların sayı 80 mindən artıqdır”- deyə, BMT-nin baş katibi bildirib. Quterres deyib ki, 3 milyondan artıq insan evindən didərgin düşüb, 20 milyon adam tibbi xidmətdən məhrumdur.

BMT-nin baş katibi yardım agentliklərinin fondlarının daimi yetərsizliyindən şikayətlənib. O, yardım agentliklərinin ölkə tarixində ən ağır vəba epidemiyasının qarşısını aldığını təqdir edib. Guterres Dünya Ərzaq Proqramının hər ay 8 milyon insanı ərzaqla təmin etdiyini də deyib (Amerikanın səsi)

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...