Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

BMT əməliyyatdan öncə xəstələrə Quran oxuyan xristian cərrahı mükafatlandırdı – Video

Həkim pasientlərə əməliyyatdan öncə Quran oxuyur.

Birləşmiş Millətlər Təşkilatı hər dəfə cərrahiyyə əməliyyatına girməzdən öncə pasientlərinə Qurani-Kərim oxuyan Sudanlı cərrahı mükafata layiq görüb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, BMT-nin afrikalı həkimi mükafatlandırmasına əsas səbəb onun qaçqınlara kömək etməsidir.

Maraqlıdır ki, doktor Evan Atar Adaha özü xristian dininin katolik məzhəbindəndir və pasientlərə əməliyyatdan öncə Quranla yanaşı, İncil də oxuyur. Cənubi Sudanın cənub-şərqindəki Bunj şəhərində yerləşən “Maban Referral” hospitalının yeganə cərrah həkimi olan Evan Atar hesab edir ki, “iman” işin uğurlu olmasına çox böyük kömək edir. Odur ki, 52 yaşlı bu inanclı həkim xəstələrini əməliyyata götürməzdən öncə dinlərinə uyğun olaraq Quran və ya İncildən bir neçə ayəni onlar üçün oxuyur.

Artıq 20 ildir ki, Sudanda müharibə qaçqınlarına tibbi xidmətlər göstərən doktor Evan Atar deyir ki, mən “hamımız bir Allah tərəfindən yaranmışıq” əqidəsindən çox ilahm və güc alıram. “İş zamanı həmkarlarıma deyirəm ki, biz bir ailəyik. Və insanların canını xilas etməliyik”.
Doktor Evan Atar Adaha 2018-ci ildə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (UNHCR) mükafatına layiq görülüb və ötən həftə İsveçrənin Cenevrə şəhərində diplom və pul hədiyyəsi şəxsən özünə təqdim edilib. Afriikalı həkim bu mükafata layiq görüldüyündən şad olduğunu deyib və bildirib ki, mükafat kimi aldığı vəsaiti çalışdığı xəstəxananın vacib problemlərinin həlli üçün xərcləyəcək.

Qeyd edilir ki, Doktor Evanın fəaliyyət göstərdiyi xəstəxana 2011-ci ildən indiyədək əksəriyyəti qaçqın olan 200 min nəfər insanı xilas edə bilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...