Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BMT: MYANMADA ÖLDÜRÜLƏNLƏRİN SAYI 1000 NƏFƏRİ ÖTÜB

“20 min insan yaşayış yerindən qovulub”.

Avqustun 25-dən bu günə kimi Myanmada baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb.


Din.az Report-a istinadən bildirir ki, bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy “The Hindu nəşri”nə müsahibəsində xəbər verib.
“Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb”, – deyə o bildirib.
Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...