Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BMT Myanmanı Rohinca qaçqınlarının ölkəyə qaytarılmasına şərait yaratmağa çağırıb

“Dövlət Rohinca müsəlmanları üçün lazımi mühiti yaratmalıdır”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT-nin İnkişaf Proqramı (UNDP) Myanma hökumətini qaçqın düşmüş Rohinca müsəlmanlarının Rakhayn ştatına qaytarılmasına şərait yaratmağa çağırıb.

Din.az xəbər verir ki, Cenevrədə yayılmış birgə bəyanatda onlar repatriasiyanın könüllü olmasının, təhlükəsiz və müvafiq şərtaitdə həyata keçirilməli olmasının zəruriliyini vurğulayıblar.

Sənəddə deyilir ki, UNHCR, UNDP və Myanma hökuməti arasında üçtərəfli memorandumun imzalanmasından iki ay vaxt keçəndən sonra BMT bu ölkənin hökumətini Rakhayn ştatında şəraitin hissolunacaq dərəcədə yaxşılaşdırılmasına çağırır. Rohinca qaçqınlarının könüllü, təhlükəsiz, layiqli və davamlı qaytarılması üçün əlverişli şəraitin yaradılmasının Myanma hökumətinin istəyindən asılı olduğu vurğulanır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...