Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT: Qəzza fəlakət astanasındadır

Qəzza zolağında gərgin vəziyyət …

Qəzza zolağı iqtisadiyyat və sosial sahənin tam iflası astanasındadır.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi əlaqələndiricisi Nikolay Mladenov deyib.

Onun sözlərinə görə, bu məsələ yanvarın 31-də Belçikada keçiriləcək donorların görüşündə asas mövzulardan olacaq.
Mladenov vurğulayıb ki, İki milyon əhalisi olan bölgənin problemlərinin həlli yalnız Qəzza zolağının Fələstin Milli Administrasiyasının (FMA) idarəçiliyi altına qayıtmasından sonra mümkün olacaq.

Xatırladaq ki, hal-hazırda Qəzza zolağı HƏMAS hərəkəti tərəfindən idarə olunur. 2007-ci ildən etibarən FMA yalnız İordan çayının Qərb sahilinə nəzarət edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...