Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT rəsmisi: “Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər”

“Biz insanların yarpaq yediklərini görürük, çünki başqa yemək yoxdur”.

Yəməndə insanlar qida çatışmazlığı şəraitində yarpaqları yeməyə məcbur olurlar.

Din.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok bildirib.

Onun sözlərinə görə, hazırda kasıb ölkə Yəməndə vəziyyət fəlakətə yaxındır. Müntəzəm qidalanmaq imkanları olmayan əhalinin sayı yaxın vaxtlarda təxminən bir yarım dəfə arta, 11,5 milyon nəfər ola bilər.

Aclıq bir sıra rayonlarında müşahidə olunur.

“Biz insanların yarpaq yediklərini görürük, çünki başqa yemək yoxdur”, – deyə Loukok bildirib.

Ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi son bir ayda Yəmən rialının təxminən 30% qiymətdən düşməsi ilə əlaqədardır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...