Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BMT Səudiyyə şahzadəsini Kaşıkçının qətlində şübhəli bilir

Səudiyyəli jurnalistin qətli ilə bağlı iş üzrə dəlillər araşdırılır.

BMT-nin Türkiyədə olan nümayəndə heyəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Kaşıkçının qətli ilə bağlı işdə əsas şübhəli hesab edir.

Din.az bildirir ki, bu barədə Türkiyə prezidentinin müşaviri Yasın Aktay BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardla keçirdiyi görüşün yekunları ilə bağlı verdiyi açıqlamada bildirib.

Kallamard həftənin əvvəlindən etibarən müxalifətyönümlü səudiyyəli jurnalistin qətli ilə bağlı iş üzrə dəlilləri araşdırır.

“BMT nümayəndə heyəti əsas şübhəli kimi vəliəhd şahzadəni görür”, – deyə Aktay bildirib.

Bir müddət əvvəl BMT nümayəndə heyətinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna buraxılmadığı haqqında xəbər yayılmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...