Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

BMT Suriya ilə bağlı iclas keçirəcək

Təşkilat Rusiyanın təşəbbüsü ilə iki iclas keçirəcək.

BMT-nin Suriya ilə bağlı iclasının vaxtı məlum olub.

Din.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın toplantısı aprelin 9-da keçiriləcək.

Məlumata görə, təşkilat Rusiyanın təşəbbüsü ilə iki iclas keçirəcək. Toplantılardan birində sülhə və təhlükəsizliyə təhdid məsələsi müzakirə ediləcək. Digər iclasda Suriyada yaranmış son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Suriyada, Şərqi Qutada, Dumada kimyəvi silahın tətbiqi nəticəsində onlarla dinc sakin ölüb. Onların arasında qadınlar, uşaqlar da var. Bir sıra ölkələr hadisəni qəti şəkildə pisləyiblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...