Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BMT suriyalı qaçqınlar üçün vəsait ayıracaq

Müxtəlif müsəlman ölkələrindəki suriyalı qaçqınlara yardım ediləcək.

BMT-nin “2019-2020-ci illər üçün Türkiyə, İraq, İordaniya, Livan və Misirdəki suriyalı qaçqınlara yardıma dair məhəlli planı” 5,5 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutur.

Din.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilir ki, qeyd olunan ölkələrdə cəmi 5,6 milyon suriyalı qaçqın qeydiyyatdadır və onların arasında 1 milyonadək körpə var.

Adı çəkilən plan suriyalı qaçqınları qəbul edən və sayı 3,9 milyon nəfər olan yerli icmalara da yardım ayırmağı nəzərdə tutur. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...