Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

BMT: Suriyanın Duma şəhərində gün ərzində 30 nəfər həlak olub

Dəməşq minaatanlardan və raketlərdən atəşə tutulub.

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Duma şəhərinin atəşə tutulması nəticəsində 30 nəfər həlak olub.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin rəsmi nümayəndəsi Fərhan Hak bildirib.
“Dünən Dumanın atəşə tutulması və endirilən hava zərbələri nəticəsində 30 nəfər ölüb. Fevralın 15-dən Şərqi Qutanın müntəzəm olaraq atəşə tutulması nəticəsində qadın və uşaqlar daxil olmaqla, çox sayda dinc sakin həyatını itirib”, deyə F.Haq qeyd edib.

Onun sözlərinə görə, eyni dövrdə paytaxt Dəməşq minaatanlardan və raketlərdən atəşə tutulub, mülki əhali arasında ölən və yaralananlar var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...