Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

BMT: Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var

6 ayda ölkədə aclıqla üz-üzə qalanların sayı 6,8 milyon nəfərdən 8,4 milyon nəfərə çatıb.

Yəmən əhalisinin 80 faizinin, yaxud 22 milyon nəfərin humanitar yardıma ehtiyacı var.

Din.az xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsindən bildiriblər.

Təşkilatın hesabatında qeyd olunub ki, son 6 ayda ölkədə aclıqla üz-üzə qalanların sayı 6,8 milyon nəfərdən 8,4 milyon nəfərə çatıb.

Qeyd edək ki, 2011-ci ilin siyahıya alınmasına əsasən, ölkə əhalisinin sayı 25 milyon 130 min nəfər, 2013-cü ilin məlumatın görə 25 milyon 408 min 288 nəfər, 2016-cı ildə Dünya Bankının apardığı hesabala üzrə isə 27 milyon 580 min nəfərdir.

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanınlın başçılıq etdiyi beynəlxalq koalisiyanın müdafiə etdiyi Əbd Rabbao Mansur əl-Hadiyə bağlı hökumət qüvvələri arasında silahlı münaqişə davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...