Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BMT: Yəməndə çox sayda insan ölüm təhlükəsi ilə üz-üzədir

Yəməndə dünyanın ən böyük humanitar böhranlarından biri yaşanır.

BMT-nin Yəmən üzrə koordinatoru Liiz Qrande Yəməndə yaşanan humanitar böhran barədə danışıb.

Din.az xəbər verir ki, təşkilatın rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada bildirilir:

“Yəməndə dünyanın ən böyük humanitar böhranlarından biri yaşanır. Çox sayda insan ölümlə üz-üzədir. Yəmən rialının sürətlə dəyər itirməsi qida məhsullarının qiymətlərində artıma səbəb olur. Proses davam etsə, 3,5-4 milyon insan aclıqla üz-üzə qalacaq. Ölkənin 75%-i, yəni 22 milyondan çox insan humanitar yardıma möhtacdır. BMT 8 milyon insana humanitar yardım göstərə bilir. Təmiz su, qida, dərman, tibbi xidmət sahəsindəki problemlər insanlar arasında epidemiyaların sürətlə artmasına səbəb olur”.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi hökm sürür. Səudiyyə Ərəbistanının dəstək verdiyi hökümət qüvvələri və İranın dəstəklədiyi Husilər arasında müharibə artıq 4 ildir davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...