Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bodrumdan qayıdana “Bodrum filankəs” deməliyik? – İlahiyyatçıdan “hacı”lara etiraz

İslam dinində kiminsə harasa getməsilə bağlı xüsusi bir adlandırma proseduru yoxdur.

“Kiminsə özünü “hacı”, “kərbəlayi”, “məşədi” adlandırması natamamlıq kompleksinin nəticəsidir”.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri İslam dini ilə bağlı müqəddəs yerləri ziyarət edənlərin özlərini müxtəlif titullarla təqdim etmələrinə münasibət bildirərkən ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, İslam dinində kiminsə harasa getməsilə bağlı xüsusi bir adlandırma proseduru yoxdur və bu kimi hallar Peyğəmbərimizin sağlığında ümumiyyətlə olmayıb: “Peyğəmbərin sağlığında kiminsə özünü “hacı” adlandırması faktı yoxdur. Bu kimi titulların yaranması və yayılması Peyğəmbərin vəfatından sonraya təsadüf edir. “Quran”da olmayan bu kimi məsələlərin dinə heç bir aidiyyatı yoxdur. Ona görə də belə adlandırmaların doğruluq payı yoxdur. Bu məntiqlə kimsə Bodruma istirahətə gedib gəlirsə, qayıdanda onu “Bodrum filankəs” adlandırmalıyıq? Bu nə təfəkür və anlayışdır?”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...