Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bölgələrdə “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda seminarlar keçirilir

Dini radikalizm, yaranma səbəbləri və ona qarşı aparılan mübarizə tədbirləri nələrdir?

İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə rayonun Girdəni kəndində “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda seminar-treninq keçirilib.

Din.az Metbuat.az-a istinadən bildirir ki, seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin Rəhbəri Ziya İsmayılov, kənd dindarları, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.


Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildirərək dini radikalizmə qarşı mübarizə məqsədilə Dövlət Komitəsi tərəfindən keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə diqqət çəkib.

DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında dini radikalizm, yaranma səbəbləri və ona qarşı aparılan mübarizə tədbirləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Radikal dini qrupların fəaliyyətindən danışan şöbə müdiri həmin qrupların məzhəb ayrı-seçkiliyi, xurafat və cəhaləti təbliğ etməklə internet üzərindən gəncləri özlərinə cəlb etmək istədiklərini bildirib. Natiq, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb.

Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini radikalizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlər və görülən işlərin vacibliyinə diqqət çəkərək gənclərin bu baxımdan maarifləndirilməsinin əhəmiyyətini qeyd edib.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin Rəhbəri Ziya İsmayılov, Girdəni kənd məscidinin İmamı Adil Əskərov çıxışlarında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...