Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

BOLLUQ VƏ BƏRƏKƏT İSTƏYİRSİNİZ?

“İnsan üçün ən xeyirli və ən güvənilən mükafatlandırıcı Allahdır”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Allah Onun rızasına uyğun malını xərcləyən bəndələrinə bolluq və bərəkəti müjdələyib: “Allah yolunda mallarını xərcləyənlərin məsəli, yeddi sünbül verən toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır: Allah dilədiyinə mükafatı qat-qat verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. (“Bəqərə” surəsi, 261)

İnsan üçün ən xeyirli və ən güvənilən mükafatlandırıcı Allahdır. Lakin Allah da bizə güvənməli, bizdə mükafatlandırmağa layiq dəyərlər tapmalıdır. Əsl mənada iman gətirmək və axirətimizə sərmayə qoymaq istəyiriksə, o zaman Allahın bizi mükafatlandırmasına dəyəcək xüsusiyyətlərə sahib olmalıyıq.

Həyatını Allahın razılığını qazanmağa həsr edən şəxs möhkəm təməl üzərində olmalıdır. Nəfsinə zülm edərək azğınlıq edən isə uçuruma doğru gedərək özünü fəlakətə sürükləyir:

“Belə olduğu halda hansı daha yaxşıdır? Həyat binasını Allaha qarşı möhkəm məsuliyyət şüuru və onun razılığını qazanmaq səyləri üzərində quran, yoxsa həyat binasını sürüşkən yerdə qurub sonra birgə yuvarlanaraq cəhənnəm oduna gedən? Allah bilərək pislik edən topluluğu doğru yola yönəltməz.Ürəklərindəki şübhə uçurumu üzərinə qurduqları həyat binası yalnız ürəklərini parçalayana qədər dözəcəkdir. Allah həm onların bu vəziyyətini bilən, həm də hikmətinə əsasən buna izin verəndir”. (“Tovbə” surəsi, 109-110)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...