Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bolqarıstan parlamentində dinə zidd qanun – VİDEO

Geyim qaydalarını pozanlar cərimə olunacaq

Bolqarıstan parlamenti qadınların üzünü gizlədən və ya bağlayan geyimlərin, o cümlədən burqanın qadağan edilməsi barədə qalmaqallı qanunu qəbul edib.

Parlament üzvlərinin böyük əksəriyyəti, 108 deputat qanun layihəsini dəstəkləyib. Yalnız 8 deputat, əsasən müsəlman icmasına qarşı olan bu qanunun əleyhinə səs verib.

Qanun layihəsini parlamentə çıxaran deputatlar onun hökumətin Avropada yayılan radikal ekstremizmə qarşı reaksiyası olduğunu bildirir. Burqaya qoyulan qadağa əsasən, dövlət qurumlarında, təhsil ocaqlarında, inzibati qurumlarda, idman, mədəniyyət və digər ictimai tədbirlərin keçirildiyi məkanlarda, ictimai təşkilatlarda, həmçinin bu cür geyimlər potensial terror aktlarına şərait yaratdığı digər məkanlara da tətbiq olunacaq.

Vətəndaşların evlərində və ya məscidlərdə burqa geyilməsinə icazə verilir.

İctimai yerlərdə geyim qaydalarını pozanlar 200 leri, təqribən 115 dollar məbləğində cərimə olunacaq. Bu hal təkrarlanarsa, bu şəxs 1500 leri, yəni 864 dollar məbləğində cərimələnəcək və onun sosial sığortası ləğv olunacaq.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...