Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bolton: ABŞ əvvəlki kimi Fələstini tamhüquqlu dövlət saymır

Bolton: “Bu dəqiqdir. O, dövlət deyil”.

Amerika administrasiyası əvvəlki kimi Fələstin dövlətini tanımır.

Din.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton çərşənbə günü Ağ evdə jurnalistlər üçün keçirilən gündəlik brifinqdə deyib.

O, Fələstini “qondarma dövlət” adlandırıb. Müşavirə Vaşinqtonun bu mövqeyinin Fələstin-İsrail münaqişəsinin nizamlanmasına yardım edib-etməməsi, onun məhsuldar olub-olmaması sual edildikdə isə, o belə cavab verib:

“Bu dəqiqdir. O, dövlət deyil”.

Eyni zamanda müşavir iddia edib ki, bu ritorikadan istifadə Birləşmiş Ştatların Yaxın Şərqdə yəhudi və Fələstin dövlətlərinin dinc şəraitdə mövcudluğunu təmin etmək yolu ilə münaqişənin aradan qaldırılması istəyinə zidd deyil.

“Hazırda bu dövlət deyil. O, qəbul edilmiş dövlətçilik imtahanını beynəlxalq hüquq normalarına uyğun keçmir, müəyyən edilmiş sərhədlərə nəzarət etmir, normal hökumət funksiyasını yerinə yetirmir. Bir sıra səbəblərə görə o, dövlət deyil”, – deyə Ağ evin yüksəkvəzifəli nümayəndəsi bildirib.

“O, ABŞ prezidenti Donald Trampın dediyi kimi, dövlət ola bilər. Lakin bu, İsrail və digərləri ilə diplomatk danışıqlar tələb edir”, – deyə Bolton hesab edir.

Bolton ABŞ-ın 1988-ci ildən bu mövqeyi dəstəklədiyini xatırladıb:

“Biz onu Fələstin Dövləti kimi tanımırıq. Biz ardıcıl olaraq həm demokratların, həm də respublikaçıların administrasiyaları dövründə Fələstinin dövlət kimi BMT-yə daxil olmasına qarşı çıxmışıq, çünki o, dövlət deyil”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...