Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bəla və Səbir

Kitabın müəllifi: Şəhid Sani
Nəşr tarixi: 2017

Şəhid Sani “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır.

Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Biz Şəhid Saninin kitabında olan mövzuları saxlamaqla yanaşı, əsəri daha da genişləndirmişik. İnsanın həyatda qarşılaşdığı hər növ bəla və müsibətlər barəsində söhbət açmış, onların əsas səbəblərinə, həll yollarına toxunmuş, mövzu ilə əlaqəsi olan ayə və hədisləri gətirmişik.

Din.Az - yaradandan yaradılana...