Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı

Boris Consonun sözləri islamofob qalmaqala səbəb olub.

Böyük Britaniyada Baş nazir postuna əsas namizəd Boris Conson islamofob qalmaqala səbəb olub.

Din.az xəbər verir ki, B.Consonun 2007-ci ildə İslam və müsəlman aləmi barədə yazdığı esse buna yol açıb.

Yazıda deyilir ki, müsəlmanlar İslam dininə görə Qərbdən əsrlərlə geri düşüblər. Yaxın Şərqdə dindarlığın yüksəlişi isə regionun inkişafına mane olan ən əsas amildir.

Xatırladaq ki, B.Conson daha öncə də niqab geyinən qadınları poçt qutularına bənzədərək analoji qalmaqala səbəb olmuşdu. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...