Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Boş qalan yerlərə görə Həccə sənəd qəbulunun vaxtı uzadıldı

VİP yerlərin 50-si hələ də boş qalıb…

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun vaxtı iyulun 31-nə qədər uzadılıb.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, müddətin uzadılmasına səbəb VİP ziyarət üçün nəzərdə tutulan yerlərin hələ də dolmamasıdır. Bahalı ziyarət üçün ayrılan yerlərdən 50-si hələ də boş qalıb.

Xatırladaq ki, nisbətən ucuz ziyarət üçün nəzərdə tutulan yerlər artıq dolub.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət sentyabrın 2-də başlayacaq, ayın 18-də geri dönüş olacaq.

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib.

Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən zəif şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...