Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bosniyanın 50 faizi müsəlmandır

Bosniya və Hersoqovinada 1991-ci ildən sonra ilk dəfə əhalinin siyahıyaalınmasının nəticələri açıqlanıb

Uzun zamandır müzakirə olunan əhalinin sayına görə, Bosniya və Hersoqovinada 3 531 159 nəfər yaşayır. Ölkə əhalisinin 50,94 faizini qadınlar, 49,06 faizini isə kişilər təşkil edir.

“Din.az” xəbər verir ki, Bosniya və Hersoqovinanın 50.11 faizini bosniyalılar, 30.78 faizini serblər, 15,43 faizini xorvatlar, yerdə qalanını isə digər etnik qruplar təşkil edir ki, əhalinin 50,7 faizinin müsəlman, 30,75 faizinin ortodoks, 15.19 faizinin isə katolik olduğu bildirilir.

Ölkənin ən böyük şəhəri 275 min əhalisi ilə Sarayevo…

Ölkənin ən böyük şəhəri 275 min 524 nəfərin yaşadığı paytaxt Sarayevo, ikinci yerdə isə 185 min əhalisi ilə Banja Luka şəhəridir.

Ölkədə orta yaş həddi 39,5 olduğu halda, oxuma-yazma bilməyənlərin nisbəti 2,82 faiz olduğu bildirilir.

869

eu00221

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...