Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Böyük Britaniya Yəmənə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib

Yəməndə siyasi vəziyyət dünyanın diqqət mərkəzindədir.

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına Yəmənə dair qətnamə layihəsini təqdim edib.

Din.az xəbər verir ki, bu barədə Niderlandın BMT-də daimi nümayəndəsi Karl Van Osterom jurnalistlərə bildirib.

Daha əvvəl Yəmən hökuməti bu ölkədə daxili münaqişənin həll olunması üçün keçiriləcək danışıqlarda iştirak etməyə razılıq vermiş, eyni zamanda BMT-nin xüsusi elçisi Martin Griffitsi danışıqlara qeyd-şərtsiz qoşulmaları üçün husi qiyamçılarına təzyiq göstərməyə çağırmışdı.

Xatırladaq ki, Yəməndə hökumətlə husi qəbiləsinin təmsil olunduğu “Ənsarullah” şiə hərəkatı arasında daxil münaqişə 2014-cü ildən davam edir. 2015-ci il mart ayından hökumət tərəfində bu münaqişədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası da iştirak edir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...