"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
5

“Böyük Şeytan”la işbirliyi olan alim edam edildi

Share Button

İranlı elm adamı dünən edam edildi

İranlı elm adamı Şahmar Amiri İranın nüvə proqramındakı məlumatları ABŞ-a sizdırdığı üçün edam edilib.

“Din.az” xəbər verir ki, İranın məhkəmə sözçüsü Qholamhosein Mohseni Ejehi verdiyi açıqlamada, Şahram Amirinin “həyati məlumatları düşmənə sızdırdığı” iddiası ilə edam edildiyini söyləyib. Sözçü Ejihi, Amirin gizli məlumatlara çıxışı olduğunu söyləyərək, “Amiri bizim ən böyük düşmənimiz olan Böyük Şeytanla işbirliyi halında idi” deyib.

2009-cu ildə Səudiyyə Ərəbistanında itdikdən bir il sonra ABŞ-da ortaya çıxan Amiri, CİA tərəfindən qaçırıldığını və sorğu-sual olunduğunu söyləmişdi. ABŞ-ın səlahiyyətli şəxsləri də buna qarşı Amirin öz istəyi ilə Amerikaya sığındığını və verəcəyi nüvə məlumatları qarşılığında pul istədiyini də ifadə etmişdi.

ABŞ-da ortaya çıxdıqdan qısa müddət sonra İrana qayıdan Şahram Amiri xəyanətlə mühakimə olunaraq həbsxanaya göndərilib. Amirinin isə dünən asılaraq edam edildiyi bildirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top