Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Braziliyadan Qüdslə bağlı müsəlmanları sarsıdan qərar

Braziliya Prezidentinin oğlundan sərsəm bəyanat …

Braziliya İsraildəki səfirliyini 2020-ci ildə Qüdsə köçürmək niyyətindədir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Braziliya Prezidentinin oğlu Eduard Bolsonaru İsrail Baş naziri Benyamin Netanyahu ilə Qüdsdə Braziliya ticarət nümayəndəliyinin açılışından öncə baş tutan görüşündə deyib.

İsrail hökumətinin yaydığı məlumata görə, görüş zamanı Netanyahu həm də Braziliya Prezidenti Jair Bolsonaru ilə telefon əlaqəsi də saxlayıb.

“Mən bura gəlməzdən öncə Prezident Bolsonaru ilə görüşdüm. O, səfirliyin Qüdsə köçürülməsinə hazırlaşır”, – oğul Bolsonaru deyib.

E.Bolsonaru ölkəsinin gec-tez Hizbullahı da terror təşkilatı kimi tanıyacağını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...