Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Braziliyalı futbolçu İslamı qəbul etdi: Məkkəni ziyarət etdi – VİDEO

“Həmd olsun, mən artıq müsəlmanam…”

Braziliyalı futbolçu İslam dinini qəbul edib.
Din.az bildirir ki, bu yaxınlarda İslam dinini qəbul etdiyini elan etmiş braziliyalı futbolçu Serxio Rikardo Neves müqəddəs məkanlardan görülüb.

44 yaşlı Rikardo öz futbol karyerası ərzində Braziliya ilə yanaşı, Səudiyyə Ərəbistanı və Türkiyə klublarında da oynayıb.

O, ötən həftə müsəlman olduğunu bildirib. Müvafiq videonu onun səudiyyəli dostu Məhəmməd Suveyd sosial şəbəkələrə yerləşdirib.

“Həmd olsun, mən artıq müsəlmanam və düşünürəm ki, bunun mənim həyatımdakı ən yaxşı qərar olduğunu anlayırsınız”, – deyə braziliyalı idmançı deyib.

Bu xəbərdən bir neçə gün sonra o, Məkkəyə gələrək, Ümrə ziyarətini yerinə yetirib. Braziliyalı idmançı ağ libas geyinərək böyük şövqlə Ümrə əməllərini yerinə yetirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...