Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Britaniyada inanılmaz qərar: bu xəstələr öldürüləcək

Açıqlama: “Bu, xəstənin üstün mənafeyi üçündür”…

Böyük Britaniya Ali Məhkəməsi ölümcül xəstələrlə bağlı yeni qərar qəbul edib.

Din.az xəbər verir ki, bu barədə hüquqşünas Aqil Layıc məlumat paylaşıb.

“Böyük Britaniya Ali Məhkəməsinin qərarına əsasən, artıq bundan sonra sağalması və özünə gəlməsi mümkün olmayan xəstələrə, xüsusilə də beyin iflici olanlara öncədən hər hansı bir hüquqi izn almadan – həkim və xəstə yaxınlarının razılaşması ilə xüsusi borularla qida və su verilməyəcək, yəni xəstənin ölməsinə icazə veriləcək.

Qərarda qeyd edilir ki, bu, xəstənin üstün mənafeyi üçündür. Bu isə nəticə olaraq passiv evtanaziyaya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) bərabərdir”, – hüquqşünas qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...