Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Britaniyada məscidi partlatmaq istəyən şəxs saxlanıldı

Saxlanılan şəxs müsəlmanların ünvanına təhqirlər də yağdırıb

Britaniyanın Roterem şəhərinin Yorkşir qraflığında polis məscidi partlatmaqla hədələyən kişini yaxalaya bilib. 

“Din.az”ın məlumatına görə, “modern.az” xarici mediaya istinadən xəbər verir ki, Plimut şəhərindən olan 43 yaşlı kişi məktub yazaraq Cami Məscid Əbu Bəkr məscidinə göndərib.

O, məktubunda qeyd edib ki, müsəlmanların ibadət yeri tez bir zamanda göyə uçacaq. Bundan əlavə, məktubda müsəlmanların ünvanına təhqirlər də yer alıb.

Polis hazırda saxlanılan şəxsin daha hansı ünvanlara məktub yaza biləcəyini müəyyənləşdirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...